Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

Belə ki, 1/8 finalda İspaniyanın "Sevilya" və "Betis", İtaliyanın isə "Yuventus" və "Fiorentina" komandaları üz-üzə gələcək. Digər cütlüklərdə müxtəlif ölkələrin təmsilçiləri qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları 13-20 mart tarixlərində keçiriləcək.

Avroliqada 1/8 final mərhələsinin cütlükləri:

"AZ Alkmaar” (Hollandiya) - "Anji” (Rusiya)

"Ludoqorets” (Bolqarıstan) - "Valensiya” (İspaniya)

"Porto" (Portuqaliya) - "Napoli" (İtaliya)

"Lion” (Fransa) - Viktoriya” (Çexiya)

"Sevilya” (İspaniya) - "Betis” (İspaniya)

"Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya)

"Bazel" (İsveçrə) - "Zalsburq” (Avstriya)

"Yuventus" (İtaliya) - "Fiorentina” (İtaliya)