Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Mia.az AQTA-ya istinadla bildirir ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək..

Qeyd edək ki, dekabrın 12-də “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində kütləvi zəhərlənmə baş verib. Nəticədə 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onlardan biri evə buraxılıb, 7-nin müalicəsi davam etdirilir.