Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibercinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq təşkilatlara 3 erməni hakeri ilə bağlı müraciət edib.
Mia.az xəbər verir ki, bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O bildirib ki, öən ilin iyununda Fuad Musayev adlı şəxsin adından başqalarına məktublar daxil olub:
"Bu sahədə müəyyən bilgisi olanlar göndərilən elektron poçt adresinə baxmaqla bunun şübhəli olduğunu anlaya bilər.Bizim araşdırmamız nəticəsində məlum oldu ki, bu hücumun arxasında Ermənistana məxsus “IT Security LLC” (itsec.am) şirkəti dayanır. Bu şirkət vasitəsi ilə Armen Qnuni (Armen Gnuni), İran ermənisi Ara Babaxani (Ara Babakhani), Aşot Mnatsakanyanın (Ashot Mnatsakanyan) həmin hücumu Fuad Musayev adı altında həyata keçirdiyini müəyyən etdik və cinayətə beynəlxalq səviyyədə qiymət verilməsi üçün müvafiq qurumları məlumatlandırmışıq”.