“Azercell Telekom” MMC bütün abunəçilərini yalnız rəsmi mənbələrə istinad etməyi, o cümlədən müxtəlif sosial şəbəkə, “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Bu barədə şirkətdən Mia.az-a verilən məlumata görə, əlavə çətinliklər ilə qarşılaşmamaq, yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrdən istifadə etməməyi, yalnız rəsmi məlumatlara istinad etməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. yararlanmamağı tövsiyə edir.