Elxan ŞAHİNOĞLU

***

Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin hərbi nümayəndələri BMT-nin sülhəmarlı təcrübəsini öyrənmək məqsədilə dekabr ayının əvvəllərində Livanda olub, beynəlxalq təşkilatın bu ölkədəki hərbi missiyasının fəaliyyətini izləyiblər.

Bu o deməkdirmi ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində sülhməramlı qüvvələrin yaradılması barədə düşünür və əgər belə bir misssiya yaradılarsa, bu ilk olaraq harada sınaqdan keçiriləcək?

Kollektiv Təhlükəsizlik Müqaviləti Təşkilatının keçmiş SSRİ ərazisində heç bir ortaq missiyası yoxdur. Bu bölgədə nə edilirsə, Rusiya təkbaşına edir. Buna baxmayaraq, Moskva tərəfdaşlarını da sülhəramlı qüvvələrdə fəaliyyətə cəlb etməyə çalışır. Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin baş qərargah rəisləri dekabrın 8-də onlayn müzakirəsində haqqında danışılan mövzunu müzakirə ediblər. Rusiyanın Baş Qərargah rəisi Valeriy Qerasimovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ortaq sülhməramlı qüvvələri BMT-nin sülhəramlı missiyasında iştirak edə bilər. Qerasimov beynəlxalq sülhəramlı missiyada iştirak üçün hərbi müşahidəçilərin hazırlanması gərəkliyini bildirib.

Rusiyanın KTMT çərçivəsində formalaşdırmaq istədiyi sülhməramlı missiya gələcəkdə Qarabağda rusiyalı hərbçilərə qoşula və ya onları əvəz edə bilərmi? Bu mənada başqa bir sual da aktuallaşır: KTMT-nin sülhməramlı missiyası Qarabağda yerləşmək istəyərsə, Azərbaycanın mövqeyi necə olmalıdır?

Rusiya Qarabağdakı hərbi missiyasının saxlanılmasına kifayət qədər maliyyə ayırır. Buna baxmayaraq, Moskva şikayətçi deyil. Kremli belə məsələlərdə xərclənən maliyyə düşündürmür, onun üçün önəmli olan Rusiyanın Azərbaycanda hərbi varlığını davam etdirməkdir. Ancaq Kremldə hiss edirlər ki, rəsmi Bakı Rusiya hərbçilərinin Qarabağda müvəqqəti yerləşdiyi firkrini hər dəfə xatırladır. Ona görə də Kreml Azərbaycanda hərbi “fəaliyyətini” qeyri-müəyyən müddətə davam etdirmək məqsədilə rəsmi Bakının razılığını almaq üçün mövcud hərbi missiyasına Bakının tərəfdaşları olan Qazaxıstan və Belarus hərbçilərini də daxil etmək istəyə bilər. Ancaq buna razılaşmaq olmaz. Bu hiylədir. Hər nə qədər Qazaxıstan və Belarus Azərbaycanın tərəfdaşları olsa da, onlar Qarabağda Rusiyanın istəklərinə tabe olacaqlar. Bununla Azərbaycanın Qazaxıstan və Belarusla münasibətlərində əlavə suallar yaranacaq ki, bu tərəflərin heç birinin maraqlarına uyğun deyil.

MİA.AZ