Oktyabrın 26-da elan edilən ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
Qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb.
Müsahibələrin 2021-ci il dekabrın 13-dən 2022-ci il yanvarın 6-dək olan dövrdə keçirilməsi planlaşdırılır.