Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov bu gün sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.
R. Cahangirov haqqında yayılan iddiaların doğru olmadığını deyib:
“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”.
R. Cahangirov onu da qeyd edib ki, sabah mətbuata geniş açıqlama veriləcək/Olay.az.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.
Həmin anın görüntülərini də təqdim edirik:
MİA.AZ