“Ermənistan mediasında kifayət qədər feyknyus xarakterli məlumatlar yayılır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycanın media nümayəndələrinə müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və qəbildən olan məlumatlar atılmaqdadır”.