Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Qrup səddini aşan Yunanıstanın "Olimpiakos" klubu isə doğma meydanda "Mançester Yunayted"i sınağa çəkib. Meydan sahibləri rəqibini iki cavabsız qolla məğlub edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına bu axşam keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.