Gənclər və idman naziri yeni təyinatlara imza atıb.
Bu barədə nazirlikdən Mia.az-a bildirilib ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.
Nazirin digər əmrləri ilə Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.