Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin milli antivirus proqramının yeni versiyasını buraxmağa hazırlaşır.

Bu barədə qurumun idarə rəisi Tural Məmmədov məlumat verib.

“Bir müddət əvvəl milli antivirusun "beta" versiyasını buraxmışdıq. Hazırda isə yeni versiyanın buraxılışına hazırlaşırıq. Onun gələn ilin ortalarına qədər hazır olması gözlənir”, - deyə o qeyd edib.

“Növbəti versiyanı daha fərqli formada işləməyi düşünürük. Belə ki, bu versiya “cloud bas” (“bulud bazası”) kimi işləyəcək, yəni təhlükələri hökumət buludunda analiz edəcək. Bu isə imkan verəcək ki, kompüterlərdəki məlumatların analizinə daha az vaxt sərf olunsun.

Həmçinin indiki arxitektura klassik antivirus mexanizmi üzərində qurulub. Amma yeni antivirusda bu, bir qədər fərqli olacaq və davranış analizi əsaslı metod mövcud olacaq. Bu bizə imkan verəcək ki, tanımadığımız virusların da təhdid doğurub-doğrumadığını müəyyən edək.

İlkin versiyada biz müəyyən vaxt bildirmişdik, amma müəyyən yubanmalar olmuşdu. Yeni versiyanı gələn ilin ortalarına qədər hazırlayıb təhvil verməyi düşünürük. Əgər yeni antivirusa maraq artsa, gələcəkdə xərclərin qarşılanması üçün ondan istifadəyə müəyyən qədər ödəniş tətbiq edilə bilər”, - deyə T.Məmmədov qeyd edib.

Xatırladaq ki, ilk antivirus proqramı MAP (Multifunctional Analysis Program - Multi-funksional Analiz Programı) adlanırdı.