Abşeron rayonunda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Elvin Cəbrayılov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.