Samir Feyruzov

***

Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına belə bir təklif edib:

"Qarabağda yaşayan və müharibə zamanı ərləri öldürülmüş erməni qadınlarla ailə qurun. Rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə, onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil".

Jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün səbəb olacağını qeyd edib və bildirib ki, bu zaman rus sülhməramlıları öz ailələri və Rusiya uğrundan mübarizə aparmış olacaqlar.

Heç şübhəsiz, jurnalist Valeriya Olyuninanın bu təklif irəli sürməsi öz fəaliyyət deyil. O, 2008-c ildən etibarən davamlı şəkildə erməni "tarixini", "mədəniyyətini" öyrənməyə və onu təbliğ etməyə başlayıb. Bunun üçün indiyə qədər ciddi məbləğdə qrantlar da alıb. Hətta 2010-cu ildə Qarabağda keçirilən (işğal vaxtı) Beynəlxalq Erməni Mədəniyyət Festivalında iştirak edib.

Valeriya Olyunina 12 ildən artıqdır ki, yüksək qonorar müqabilində erməni nəşrləri ilə də əməkdaşlıq edir. Yəni onun belə bir təklif irəli sürməsi təəccüblü deyil.

Məsələnin ciddi tərəfi odur ki, hazırda Dağlıq Qarabağın ruslaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu təklif də həmin planın bir tərkib hissəsidir.

Bizə lazımdır ki, bu və ya digər prosesləri öncədən əngəlləyən ciddi və mərhələli ideoloji tədbirlər paketi üzərində işləyək.

Çalışmalyıq ki, Ermənistanda bundan sonra hakimiyyətə gələn siyasi komanda "Qarabağ erməniləri" olmasın. Özlərini "Qarabağa klanı" adlandıran Sarkisyan-Koçaryan cütlüyünün, ümumiyyətlə Qarabağda doğulan ermənilərin Ermənistanda hakimiyyətə gəlməsi daha ağır proseslərə gətirib çıxara bilər. Nəticə ümumilikdə Ermənistan üçün heç də yaxşı olmayacaq. 44 günlük müharibə göstərdi ki, erməni valideynlər öz övladlarının başqa millətə məxsus olan torpaqlar ölməsini qəbul etmirlər. Son seçkilərdə Sarkisyan-Koçaryan birləşməsinin məğlubiyyətinin də əsas səbəblərindən biri bu idi.

Mia.az