Türkiyənin milli valyutası olan lirəsi ABŞ dolları qarşısında daha da ucuzlaşaraq, tarixi rekordunu yeniləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən 10.45 lirəyə dəyişdirilən dollar bu gün 11 lirə 15 quruşa (qəpiyə) lirəyə səviyyəsində dəyişdirilir.

Onu da qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Bank uçot dərəcəsini 18-dən 15 faizə düşürüb. Amma bu da lirənin ucuzlaşmasına mane omayıb.

Məsələ bu gün Türkiyə parlamentindəki müxalif deputatların da müzakirəsinə səbəb olub. Deputat hökumətin maliyyə siyasətini kəskin tənqid ediblər.

Mia.az