Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.

Məlumata görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.

Dəfn mərasimi hərbi orkestrin müşayətilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Allah rəhmət eləsin!