“Rusiyanın biznes nümayəndələri Azərbaycanın təklif etdiyi layihələrə diqqət yetirməlidir. Bura həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr də daxildir”.
Bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.O, Rusiya şirkətlərinin Bakıya ilk missiyası zamanı bir sıra yeni qərarlar qəbul edilərək, layihələr razılaşdırıldığını deyib: "Məsələn, bu razılaşmalar əsasında “Azərbaycan Dəmir Yolları” QSC 100 vaqon alıb".
***
"Yaxın zamanlarda Azərbaycandan Rusiyaya sınaq qatarını işə salmaq planlaşdırılır".
Bunu "RDY Logistika"nın baş direktoru Dmitri Murev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
Qatar vasitəsilə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınacaq.
Rusiyada qatar yenidən yüklənəcək və geri yola salınacaq.
O bildirib ki, bu, Azərbaycan və Rusiya arasıdna iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addımdır/Report