Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova vəzifəsindən ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Açıqlamada deyilir:

“Əziz dostlar, həmkarlar, dəyərli media mənsubları, doğma ictimaiyyətim, ümumiyyətlə yolun bütün iştirakçıları. Yol bitir, yenisi başlayır. Mənim də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müşayət olunan yolum bu gün bitdi”.

Xatırladaq ki, bu gün adıçəkilən agentliyə Anar Rzayev sədr təyin olunub.

Mia.az