ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikaya səfər şərtlərini açıqlayıb.
Mia.az səfirliyə istinadən xəbər verir ki, noyabrın 8-dən etibarən ABŞ-a səfər etmək üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və mənfi PCR testi təqdim edilməlidir: "Bununla yanaşı, qəbul edilən peyvəndlərə “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “BIBP/Sinopharm və “Sinovac” vaksinləri daxildir.
Bu siyasət ictimai səhiyyəni, ABŞ vətəndaşlarının və sakinlərinin, həmçinin ölkəmizə qonaq gələn şəxslərin qorunması üçün tələb olunur. Bu qaydadan istisna yalnız 18 yaşınadək uşaqlar və vaksin çatışmazlığı müşahidə olunan ölkələrdən gələn bəzi şəxslərə şamil olunacaq".