Göygöl rayonunda çayda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Bakı şəhəri sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Kazımovdur.

Onun hündürlükdən yıxılaraq çaya düşdüyü ehtimal edilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.