Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan ali savadlı xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.

Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc yayıb.

O bildirib ki, “sertifikatın” verilməsi üçün AMEA işçisindən pul alıblar.

Məlumata görə, öncə xanımı inandırıblar ki, onda qeyri-adi səmavi istedad var, adi insan deyil. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

Məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Vəkil Aqil Layıc Cebhe.infoya açıqlamasında “13-cü imam" "sertifikatı”alan qadının savadsızlıq səbəbindən aldadıldığını deyərək, 10 min manatdan çox pul ödədiyini deyib.

Artıq həmin pulun yarısı zərərçəkmiş qadına geri qaytarılıb.