Ombudsman Səbinə Əliyeva və Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Bu barədə Ombudsman Aparatından Mia.az-a bildirilib ki, səfərin məqsədi uzun illər Ermənistanın işğal altında saxladığı bu ərazidəki mövcud vəziyyətlə yerində tanış olmaq, işğal dövründə minalanmış ərazilərə baxış keçirməkdir.