Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinika Tədris Mərkəzinə yeni direktor müavini təyin edilib.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Azər Qaragözov təyinat alıb.

Qeyd edək ki, o, Milli Məclisin deputatı Məlahət İbrahimqızının bacısı oğludur.