Xaçmaz rayonunda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.