Jurnalist Elnur Əşrəfoğlu vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə onun dostları məlumat yayıblar.

Koronavirusa yoluxan jurnalistin müalicə olunduğu "Yeni Klinika" faktı təsdiqləyib.

Onu da qeyd edək ki, E.Əşrəfoğlu həm də  Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini idi.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılmışdı.

Allah rəhmət eləsin!