“Doğma torpaqlarımızın işğaldan azad edilərək öz sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşayır və Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı qoyduğu təməllər xalq olaraq bizi daha da iftixarlandırır”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə birliyimizin, həmrəyliyimizin, “Dəmir yumruq” kimi birləşməyimizin təcəssümüdür: "Bu birlik eyni zamanda orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin rəmzinə çevrildi"./Report