Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Zərgərli kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Zemfira Sultan qızı Əhmədxanova özünü yaşadığı evin həyətində
olan mal tövləsindən asıb.
Məlumata görə, Z.Əhmədxanova ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır./Report