Abşeron rayonunda yol qəzası olub.
Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də saat 8 radələrində rayonun Digah qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Xanalıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.