Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 2 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Ağdaş rayon sakini S.Məmmədova vurulub. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “NAZ-Lifan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Mustafayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.