Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
"Yeni Klinika"dan verilən məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir: "Vəziyyətində dəyişiklik yoxdur".
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.