Bu gün axşaam saatlarında Salyan şəhərində “ujas” filmlərinə bənzəyən gərgin anlar yaşanıb.
Mia.az xəbər verir ki, günorta saatlarından başlayaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına ard-arda it dişləmələri ilə bağlı xəsarət alan xəstələr daxil olmağa başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, yerli sakinləri vahiməyə salan boz rəngli, quyruğu və qulaqları kəsik sahibsiz itdir.
Əsasən Kür çayının sahilindəki yulğunluqlarda gizlənən itin dişlədiyi adamların sayı axşam saatlarında artıq 15-ə çatıb.
Şəhərin “Köhnə bərəağzı” məhəlləsində küçədə qonşu qadına yekə bir itin hücum etdiyini görən DYP əməkdaşı, polis serjantı Ramik Rəhimov özünə məxsus avtomaşınla iti vuraraq zərərsizləşdirməyə çalışsa da, yaralı it maışının altından çıxaraq qaçıb və uzaqlaşaraq aralıda yerləşən toyuq sexində işləyən daha 2 nəfəri dişləyib.
Lakin gecənin qaranlığına baxmayaraq, Ramik Rəhimov yerli sakinlərin həyatına təhlükə olan quduz iti zərərsizləşdirmək məqsədi ilə qonşuları başına toplayaraq, Kürün sahili boyu axtarışlara başlayıb və nəhayət, taparaq zərərsizləşdirə biliblər.
Emil Məmmədov