Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunlarına start verilib.

A qrupunda "Eskişehirspor" klubu öz meydanında "Sivasspor"a 1:0 hesabı ilə qalib gəlib. "Bursaspor" klubu da evdə "Akhisar Bələdiyyəspor"u 3 cavabsız qolla məğlub edib - 3:0. 

"Qalatasaray" klubu son turda doğma azarkeşləri önündə qrupun lideri "Antalyaspor"la qarşılaşıb. Bu görüşdə tərəflərin ciddi səylərinə baxmayaraq oyunda qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, Türkiyə kubokunda qrup mərhələsinə bu axşam keçiriləcək "Elazığspor" - "Tokatspor" oyunu ilə yekun vurulacaq.