Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun meşəlik ərazisində qeydə alınıb.

Belə ki, Bum kənd sakini, 2001-ci il təvəllüdlü Murad Umarov meşədə ağac kəsərkən kəsdiyi ağac qırılaraq onun üzərinə düşüb.

O, aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır/Report.