"Tədris ilinə tam hazırıq".

Mia.az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

O bildirib ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".

Nazir bildirib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşılayıb:"Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq ənənəvi dərslər o qədər davamlı olar".

Nazir qeyd edib ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır. Nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub: "Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar".