Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiq edilib.

Mia.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilib.

Əmrin icrası nazir müavini Firudin Qurbanova həvalə olunub.