Sentyabrın 2-si gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.
Mia.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.
Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.