Səhiyyə Nazirliyi poliklinikada vətəndaşın qapısının şüşəsini sındırması ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda hadisənin axşam saat 18:40 radələrində baş verdiyi bildirilib: "Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub".