Bu gün Azərbaycan I Divizionunun 16-cı turunda "Bakılı"nin qonağı olan "Araz-Naxçıvan" növbəti qələbəsinə imza atmaqla, liderliyini möhkəmlədib.
Mia.az arazpfc.com-a istinadən xəbər verir ki, Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşün 12-ci dəqiqəsində Bəxtiyar Soltanovun mükəmməl qolu Naxçıvan klubuna 3 xal qazandırıb. Bununla aktivindəki xalları 43-ə yüksəldən "qırmızı-ağlar" liderliyini davam etdirib.