"Oyunu qazandıq, yoxsa uduzduq, bunu demək çətindir. Buraxdığımız hər iki qol epizodunu izah etməyə çətinlik çəkirəm".

Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Neftçi" ilə oyundan (2:2) sonra deyib.

Təcrübəli mütəxəssis nəticədən razı qaldığını və rəqibin nisbətən üstün olduğunu bildirib: "Oyun gərgin başlandı. Bu, mənim üçün ilk "Böyük Oyun" idi. Ona görə də matçın psixologiyasını bilmirdim. İki top fərqi ilə geridə olmağımıza baxmayaraq, hesabı bərabərləşdirə bildik. Bu da o deməkdir ki, hər şey bizim üçün yaxşı oldu. Razıyam ki, "Neftçi" yaxşı ötürmələr etdi və oyun qurmağımıza mane oldu".