Gəncə şəhərində 17 yaşlı oğlan intihar edib.

Hadisə Hacıkənd qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü E.Məmmədov yaşadığı evin həyətində ağacdan özünü asıb. Onun meyti yaxınları tərəfindən aşkarlanıb. İntiharın səbəbi hələ ki məlum deyil. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır/Report.