"Azərsu" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal Sahəsinin rəisi Cəmil İsmayıl oğlu Hüseynov koronavirus infeksiyasından vəfat edib.

Mia.az REport-a istinadla xəbər verir ki, o, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, C.Hüseynov bir müddət əvvəl Ağdaş rayonunda koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirilmişdi.