Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Agentliyin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fərmanın 10.1-ci və 10.2-ci bəndlərində Agentliyin maliyyələşməsinin təmin edilməsi, həmçinin Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaitin hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmalıdır.

Maliyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, 2021-ci ilin dövlət büdcəsində Medianın İnkişafı Agentliyinə 6 milyon 316 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin, o cümlədən qeyri-hökumət təşkilatlarına qrant layihələrinin maliyyələşdirilməsinin təmin edilməsi üçün Agentlik tərəfindən Maliyyə Nazirliyinə müraciət edilməsi tələb olunur.

“Müvafiq sifarişlər cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə daxil olan kimi ayrılacaq vəsaitin icrası qununvericiliyə uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən həyata keçiriləcəkdir”, - deyə nazirlik bəyan edib.