Cənubi Koreyanın şəxsi məlumatların qorunması üzrə komissiyası “Facebook” və “Netflix” şirktlərini toplam olaraq 6,7 milyard von (5,7 milyon ABŞ dolları) məbləğində cərimələyib.

Məlumata görə, cərimənin əsas hissəsini “Facebook” ödəyəcək. Onun payına 6,46 milyard von (5,5 milyon ABŞ dolları) düşüb.

Tənzimləyici hesab edir ki, şirkətlər istifadəçilərin məlumatlarını toplayaraq ölkədən kənara ötürüblər, həmçinin istifadəçilərin icazəsi olmadan üçüncü şəxslərə təqdim ediblər. İndi şirkətlər müvafiq pozuntuları aradan qaldırmalıdırlar. Tənzimləyici “Google”dan da eynisini həyata keçirməyi tələb etsə də korporasiyaya cərimə təyin etməyib/Report.