"Koronavirusa yoluxma sayının artmasına səbəb "delta" ştamıdır. Hazırda ölkədə çarpayı fondumuz 10 mindən artıqdır".

Bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"-yə müsahibəsində deyib.

O qeyd edib ki, ölkədə çarpayı fondu ilə bağlı heç bir problem yoxdur/Report

T.Musayev bildirib ki, hazırda xəstə sayına görə çarpayı fondunun doluluğu 50 faizə çatmır.

Nazir əvəzinin sözlərinə görə, hazırda ölkədə aktiv koronavirus xəstələrin sayı 30 mindən artıqdır: "Onların hamısı heç də stasionar şəraitdə müalicə almırlar. Bir qismi reanimasiya şöbəsində, digər qismi adi şəraitdə, digər qismi isə evdə müalicə alır".

MİA.AZ