Baş nazir Əli Əsədov donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiq edib.

Mia.az xəbər verir ki, bununla yanaşı, donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı da təsdiqlənib.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.