Türkiyə kubokunda qrup mərhələsinin oyunları davam edir.

Mia.az xəbər verir ki, A qrupunda millimizin üzvü Cihan Özkaranın şərəfini qoruduğu və məşhur Roberto Karlosun baş məşqçisi olduğu "Sivasspor" klubu öz meydanında Kristof Daumun çalışdırdığı "Bursaspor"la qarşılaşıb. Özkaranın fərqləndiyi görüş 1:2 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Bu məğlubiyyətlə "Sivasspor" qrup çıxmaq şansını itirib.

Onu da qeyd edək ki, "Sibasspor"un yeganə qoluna millimizin üzvü Cihan Özkara imza atıb. Onun 71-ci dəqiqədə vurduğu qol bərabərlik gətirsə də, 85-də komanda yoldaşının avtoqolu Daumun komandasının qələbəsinə səbəb olub.