Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Azərişıq" ASC-ni məhkəməyə verib.
Bu barədə məhkəmə orqanlarından məlumat verilib.
ADPU-dan məlumat təsdiqlənib. Qeyd edilib ki, iddianın qaldırılmasına səbəb elektrik enerjisinin sərfiyyatına görə ödənilən məbləğin səhv hesablanmasıdır.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq/Report.