Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında baş vermiş yanğın söndürülüb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb.

Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.