Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir.
FHN-dən verilən məlumata görə, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.