İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.  Burada yerli "Real" klubu "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) komandası ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 23:00-da başlayan Madrid derbisi "Real"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Yarımfinal mərhələsinin digər oyununda "Barselona" və "Real Sosyedad" komandaları üz-üzə gəlib. "Nou Kamp" stadionunda keçirilən oyun 2:0 hesabı Kataloniya təmsilçisinin xeyrinə başa çatıb.

 "Real" (Madrid) - "Atletiko" (Madrid) - 3:0
Qollar: Pepe, 17 (1:0), Xese Rodriqez, 57 (2:0), Miranda, 73-avtoqol (3:0)

 "Barselona" - "Real Sosyedad" - 2:0
Qollar: Buskets, 44 (1:0), Zubikarai, 60-avtoqol (2:0)