İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Məlumata görə, bu vəfizəyə uzun illər “İctimai TV”-də çalışmış Orxan Cabbarlı gətirilib.
“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəhbəri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mətbuat katibi təyin edilib/Report.